image-2000x150px
image-123
image-ads_atlas
image-ictimai_b5ece4e13b6da98a50bb9e784edabb88_0c1plqk59so8mxath2nf-620x460backend

“Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mini futbol turniri” layihəsinin açılış mərasimi keçirilib – FOTOLAR

image-728x90px

10 iyul 2021-ci il tarixində AFFA-nın maliyyə dəstəyi, “Sirius” FK futbol akademiyasının təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mini futbol turniri” layihəsinin açılış mərasimi keçirilib.

Tədbirdə AFFA-nın texniki direktoru, cənab Cahangir Həsənzadə, Sosial Xidmətlər Agentliyinin Müəssisələrlə iş departamentinin müdiri Sara xanım Ağayeva, millət vəkilləri  Müşfiq Cəfərov, Pərvin Kərimzadə, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva, Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev çıxış edərək layihənin əhəmiyyətindən, dövlətin xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstəyindən, onların cəmiyyətə adaptasiyasının vacibliyindən bəhs edib, bu kimi layihələrin ölkəmizin sağlam gələcəyinin qurulması istiqamətində mühüm rol oynadığını bildiriblər.

Açılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra turnirə start verilib.

Qeyd edək ki, turnirdə 8 komanda iştirak edir. Reqlamentə əsasən turnir ¼ final, yarım-final  və final mərhələlərindən ibarət olacaq. Turnirin iştirakçılarına sertifikat, medal, qaliblərinə isə kubok və iştirakçıların sağlamlıq durumların yaxşılaşdırılması məqsədilə reabilitasiya üçün pul mükafatı təqdim ediləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki