image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220328_121151_615backend

“Salah başa düşməlidir ki, o afrikalıdır

image-728x90px

“Liverpul”un keçmiş hücumçusu El Hadji Diuf Mersisayd təmsilçisinin futbolçusu Məhəmməd Salah haqda danışıb.

Doğru.Az “Tribal Football”a istianadən xəbər verir ki, o, misirli hücumçuya heç vaxt avropalı kimi davranılmayacağını deyib: “Liverpul” Salahın tələblərini qəbul etməlidir. O, klubda qalmalıdır. Mane ilə birlikdə klubun ən yaxşı oyunçusu olduğu üçün daha çox qazana bilər. Birlikdə çoxlu kubok qazanacaqlar.

Salahın iyunda 30 yaşı tamam olacaq və mən ondan “Liverpul”da daha dörd il qalmasını xahiş edirəm.”Real”a keçmək hər şeyin yenidən başlaması deməkdir. Salah isə başa düşməlidir ki, o afrikalıdır. Ona heç vaxt avropalı kimi münasibət göstərilməyəcək. Salaha heç vaxt digərlərindən daha yaxşı müqavilə təklif edilməyəcək”.

Qeyd edək ki, Salahın “Liverpul”la hazırkı müqaviləsi 2023-cü ilin iyununa qədərdir. O, bu mövsüm klubun heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 28 qol vurub və 10 qolun ötürməsini verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki