image-ads_n1karobka_mobile
image-20220228_zia_d159_043-pic_32ratio_900x600-900x600-59021backend

Samsung, sızma səbəbiylə işçilərinə chatbotlardan istifadə etməyi qadağan edib

Samsung mənbə kodu sızması aşkar etdikdən sonra işçilərinə ChatGPT kimi chatbotlardan iş məqsədləri üçün istifadə etməyi qadağan edib.

Bu barədə Bloomberg brendin daxili yazışmalarına istinadən xəbər verir.

Generativ süni intellektin (AI) istifadəsinə qoyulan qadağa şirkətə məxsus planşet və smartfonlara, eləcə də daxili şəbəkələrə şamil edilir. Bu, brendin müştərilərə satılan cihazlarına, məsələn, Android smartfonları və Windows əsaslı noutbuklarına şamil edilmir.

İşçilərdən, həmçinin şəxsi cihazlardan istifadə edərkən belə, bu chatbotlarla paylaşdıqları məlumatın növünü diqqətlə izləmələri istəndi, çünki onlar təsadüfən mülkiyyət məlumatlarını və ya şəxsi məlumatları AI ilə “paylaşa” bilərlər. Qanunu pozanlar işdən çıxarılma ilə üzləşirlər.

Mənbə: Bloomberg

Doğru.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki