image-n1karobka_ads
image-123
image-fiba_3x3_poster_ws_baku-tbackend

Sea Breeze-də 3×3 Basketbol Turnirinə start verilib – FOTO

Doğru.az xəbər verir ki, 24 may tarixində Bakıda yerləşən Sea Breeze Resort kurort şəhərində beynəlxalq 3×3 basketbol turnirlərinə start verilib. İlk dəfə olaraq ölkəmizdə 3×3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələsi təşkil olunub. Ardınca isə 26-27 may tarixlərində 3×3 Dünya Qadın Seriyasının Bakı mərhələsinin keçirilməsi nəzərdə tutulur.

Dünya Kubokunun seçmə mərhələsində həm kişi, həm də qadın yığma komandalarımız əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar. Kişilərdən ibarət milli komandamız “B” qrupunda Kanada və Böyük Britaniya, qadın komandamız isə “B” qrupunda Latviya və Misir yığmaları ilə qarşılaşır.

Turnirin ilk oyunları artıq start götürüb. Qadın komandamız 24 may saat 18:15-də Misir yığmasına qarşı meydana çıxıb. Kişi millimiz isə saat 19:05-də Kanada ilə qarşılaşıb.

Qeyd edək ki, seçmə mərhələnin nəticələrinə əsasən hər iki kateqoriyada ilk 3 yeri tutan komandalar Dünya Kubokunun əsas mərhələsinə yüksələcəklər.

3×3 Dünya Qadın Seriyasının Bakı mərhələsində isə Azərbaycanla yanaşı, Niderland, İtaliya, Tailand, Çili, Filippin, Qazaxıstan, Misir, Madaqaskar, Rumıniya, Çin, Avstriya və Latviya komandaları iştirak edəcək. Bundan əlavə, “Praqa” və “Roma” klubları da turnirə qoşulacaq.

Turnirlər açıq havada, yüksək təşkilatçılıqla keçirilir və basketbol həvəskarları üçün əsl idman bayramına çevrilib.

DOĞRU.AZ

image-fiba_3x3_poster_ws_baku-t image-fiba3x3_poster_wcq_baku-04

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki