image-2000x150px
image-123
image-ads_atlas
image-667ae152ae5ac905e42615cabackend

Səfir Antonov: ABŞ-a Ukraynada sülh lazım deyil, onlara Rusiyanın məğlubiyyəti lazımdır

image-728x90px

Amerika siyasətçilərinə Ukraynada sülh lazım deyil, onlar Rusiyanın strateji məğlubiyyətində maraqlıdırlar, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib.

“Putin Ukrayna münaqişəsinə son qoymaq üçün sülh planı təklif etdi. Cavab olaraq biz Kiyev rejiminə yalnız yeni silah təchizatı gördük… Vaşinqtonun reaksiyası göz qabağındadır: yerli siyasətçilərin sülhə ehtiyacı yoxdur”, o, “Newsweek” jurnalına müsahibəsində bildirib .

Antonov vurğulayıb ki, Qərb siyasətçiləri Rusiyanı strateji məğlubiyyətə uğratmaq perspektivi ilə yalnız müharibəyə kökləniblər.

İyunun 14-də prezident Putin qeyd edib ki, Ukrayna ilə danışıqlar təklifi  münaqişənin dondurulmasını deyil, tam dayandırılmasını nəzərdə tutur.

Rusiya lideri vurğulayıb ki,  Ukrayna qoşunları  Donetsk və Luqansk xalq respublikaları ərazisindən, Xerson və Zaporojye vilayətlərindən tamamilə çıxarılmalı , bundan sonra Rusiya danışıqlara başlamağa hazır olacaq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki,  Ukrayna nizamlanması üzrə danışıqlar aparılacağı təqdirdə Rusiya hərbi hərbi əməliyyatı dayandırmayacaq.

Mənbə RİA

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki