image-n1karobka_ads
image-123
image-1657774671_poladbackend

Şəhadət bir xalqı oyatdı: Polad Həşimov və İlqar Mirzəyev əbədi yaddaşımızda

image-ad_qayo_720x110px

Bu gün Tovuz döyüşlərində şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin qəhrəmanlıqla şəhadətə ucalmasından 5 il ötür.

Doğru.az xəbər verir ki, 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Azərbaycan xalqı sarsıdıcı bir xəbərlə oyandı. General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev döyüş bölgəsində, ön cəbhədə qəhrəmancasına şəhid oldular. Bu xəbər təkcə onların ailələrini deyil, bütün Azərbaycan xalqını silkələdi. O andan etibarən cəmiyyət sanki bir nəfər kimi ayağa qalxdı.

Polad Həşimov uzun illər Vətənə sədaqətlə xidmət etmişdi. Onun barəsində əsgərləri, silahdaşları “cənab general mərd, qeyrətli, vətənpərvər insan idi” deyə xatırlayırdılar. O, əsgərləri ilə ön xətdə çiyin-çiyinə döyüşən, səngər generalı kimi tanınan zabit idi. Onun şəhidliyi sadəcə bir itki deyildi – bu, uzun illər səbirli sülh siyasətinin, diplomatik təmkinin sonu idi.

General və polkovnikin şəhidliyi minlərlə gənci hərbi komissarlıqlara yönəltdi. Cəmiyyət Prezident İlham Əliyevin “İrəli” əmrini gözləyirdi və o əmr sentyabrın 27-də gəldi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu şəhid zabitlərin qisasını aldı və onların başladığı yolda Zəfər qazandı.

General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev 2020-ci il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olundular. Onların məzarları bu gün xalqın ziyarət yerinə çevrilib.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə hər iki şəhid “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görüldülər. Bu ad, onların Vətən qarşısında misilsiz xidmətlərinin və şəhidlik zirvəsinin təsdiqi idi.

General Polad Həşimovun şəhadəti sadəcə bir hərbi itki deyil, xalqın ruhunun, döyüş əzminin, qürurunun oyanış nöqtəsi oldu.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki