Şəhid polkovnik-leytenant Zaur Cəfərovun qızı Səlbi Cəfərlinin vəfatı ilə bağlı keçirilən yas mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələri ilə görüşüb, onların acısını bölüşüb.
Mərasim zamanı şəhid anası çıxış edərək təşəkkürünü bildirib:
“Bizim şəhid balamızı bu gündə tək qoymadınız. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizə, Anar Ələkbərova və Prezident Aparatının bütün heyətinə can sağlığı versin. Bizim yanımızdasınız, bizi unutmursunuz.”
Digər şəhid anası isə deyib:
“Artıq 5 ildir ki, Yasamalın icra başçısı Elşad Həsənov hər zaman bizimlədir. Allah sizi qorusun, şəhid balamızın yasını belə təşkil etdiniz.”
İcra başçısı Elşad Həsənov isə öz çıxışında bildirib:
“Bu bizim borcumuzdur. Cənab Prezidentimizin tapşırığı, bizim vəzifə borcumuzdur. Allah Prezidentimizi, dövlətimizi, ordumuzu və bütün balalarımızı qorusun, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, biz bu gün tarixi torpaqlarımıza qovuşmuşuq. Hər birimizin borcudur şəhid ailələrinin yanında olmaq.”
Allah rəhmət eləsin.