Sentyabrın 27-dən başlanan vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şücaət göstərən Göyçay rayonun Birinci Ərəbcəbirli kənd sakini 2001 ci il təvəllüdlü Bayramov Həsən Ağaisa oğlu şəhid olubdur.
Ağdərə uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə ucalan Həsən Bayramov bu gün doğulduğu Göyçay rayonunda Şəhidlər Xiyabanında dəfin olunub. Şəhidimizin dəfn mərasimində Rayon İcra Hakimiyyəti aparatının nümayəndələri,hüquq-mühafizə orqanlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsi və rayon ictimaiyyəti, şəhər sakinləri iştirak edib.
Səbuhi Eltonlu

























