“Qələbə xəbərini eşidəndən sonra düşündüm ki, mütləq Prezidentə bunu yazmalıyam. Minnətdarlıq etməliyəm ki, o, mənim həyat yoldaşımın, mənim kimi həyat yoldaşını itirən qadınların qisasını aldı”.
“Doğru.az” xəbər verir ki, bu sözləri sentyabrın 27-də şəhid olan kapitan Ceyhun Həsənovun həyat yoldaşı Rəvanə Həsənova deyib. İki oğul övladı olan R.Həsənova AzTV-yə müsahibəsində Prezidentə yazdığı məktubundan söz açıb:
“İstəyirəm gələcəkdə övladlarım da bilsin ki, ataları necə qəhrəman olub. Tək övladlarım yox, bütün Azərbaycan bilsin. Prezidentimiz bilsin ki, onun əmrində olan necə zabitlər var”.
























