Sentyabrın 27-dən başlanan vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şücaət göstərən korpus komandirinin müavini,polkovnik Səmidli Babək Mətləb oğlu azad olunmuş Suqovuşan qəsəbəsində dünən minaya düşərək şəhid olubdur.
Doğru.az xəbər verir ki, şəhid Babək Səmədli bu gün doğulduğu Göyçay rayonunda yerləşən Şəhidlər Xiyabanında dəfin olunub. Şəhidimizin dəfn mərasimində rayonun icra başçısı Mehdi Səlimzadə başda olmaqla, Müdafiə Nazirliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin rəhbərliyi, şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri iştirak edib.





























