image-2000x150px
image-123
image-ads_atlas
image-94527011_87724776backend

Şəhid Zakir Cəfərovun xatirəsinə həsr edilmiş şahmat üzrə rayon turniri keçirilib – FOTOLAR

image-728x90px

Hər birimizin qəlbində müqəddəs bir hiss olan Vətənə məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ünmandır. Azərbaycan övladlarını əqidəli, müxtəlif fikirli, Vətənini sevdirən Anadır. O, Ana ki, övladları arasında fərq qoymur, hamısını böyük məhəbbətlə ağuşuna alır.

Azərbaycan torpağının üzərinə səpələnən hər bir azərbaycanlı bu torpağın düşmən çəpəri və yaxud sərhəddinin keşiyində duran şanlı Əsgərdir. Qəhraman Şəhidlərimizi saymaqla bitməz. Bu qəhrəmanlardan biri Şəhidimiz Zakir Cəfərovdu. 24 iyul 2021 – ci il tarixdə ,,Odlar yurdu”” universitetində , açıq havada Şəhid Zakir Cəfərovun xatirəsinə həsr olunmuş şahmat üzrə Nərimanov rayon turniri keçirildi.

Tədbirin açılışını Nərimanov rayon İdman və Gənclər İdarəsinin rəisi Novruzov Nəcəf müəllim açıq elan etdi. Şəhidlərimiz bir dəqiqə sükutla yad edildi. Sonra Azərbaycan himnimiz tədbir iştirakçıları tərəfindən canlı ifa edildi. Şəhidimiz haqqında Nəcəf müəllim onun necə qəhrəmanlıqla Şəhid olduğunu qeyd etdi.

Xatırlatmaq istəyirəm ki, Şəhidimiz 3 mayda 1996 – cı ildə Bakıda dünyaya gəlib.2017 – ci ilin fevralın 24 – dən 25 – nə keçən gecə ermənilər bütün cəbhə boyu təxribatlara başladılar. Xocəvənd istiqamətində güclü döyüşlər gedidi. Zakir döyüşə getməzdən əvvəl əsgər yoldaşlarına əşyalarını verir və evdəkilərə çatdırmalarını istəyir. Döyüş zamanı Zakir Cəfərov ayağından yaralansa da yaralı komandirini neytral zonada qoymaq istəmir.

Geri qayıdaraq komandirini döyüş meydanından çıxararkən onunla birlikdə Şəhid olur. Söz Şəhidimizin Anası Kəmalə xanım Abdullayevaya verildi. Ana tədbiri təşkil edən, əziyyəti olan hər bir kəsə ailəsi adından öz minnətdarlıgını bildirdi. Tədbirdə Şəhid Anaları, mediya nümayəndələri və digər qonaqlarda iştirak edirdilər. Sonda şahmat qaliblərinə diplomlar, pul mükafatı və medallar, Nərimanov rayon İdman və Gənclər idarəsinin təşkilatçılığı ilə Şəhid ailələri tərəfindən təqdim edildi. Xatirə şəkilləri çəkildi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki