image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210711_144049_715backend

Şəhid Zeynallı İlqar Ayaz oğlunun cənnətdəki ilk doğum günüdür…

image-728x90px

Bu gün haqqında danışacağımız şəhidimiz Tovuz rayonu Cəlilli kənd sakini Zeynallı İlqar Ayaz oğludur. İlqar 2020-ci ildə İkinci Qarabağ müharibəsinin tam da baş verməsinin səbəbi olan iyul döyüşlərində iştirak etmişdi. Xüsusi qəhrəmanlıq göstərən İlqar həm feldşer(hərbi həkim) kimi, həm də özünü vətən yolunda sipər edən hərbiçilərimizlə çiyin-çiyinə düşmənlə vuruşmuşdur.

O, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı dünyasını dəyişib. Əgər yaşasaydı, 26-cı yaş gününü qeyd edcəkdi.

Bu gün şəhid Zeynallı İlqar Ayaz oğlunun cənnətdəki ilk doğum günüdür.

Qənirə Paşayeva hər dəfə Tovuzlu şəhid ailələrinin həm maddi və həm də mənəvi olaraq yanında olmağa çalışır. Onun göstərişi ilə Qənirə xanımın köməkçisi İlqar Kərimov şəhidimizin ailəsini və məzarını ziyarət edib. Ailənin qayğıları ilə yaxından maraqlanıb. Şəhid gizir Zeynallı İlqarın 26-cı doğum günündə atasınında yanında dayanaraq, şəhidimizin ruhuna dualar oxunub.

Allahdan şəhidimizə rəhmət, yaxınlarına səbir diləyirik.

DOĞRU.AZ

image-fb_img_1625996016977

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki