image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210420_235459_541backend

Şəhidimizin xatirəsinə həsr olunmuş turnirin açılış mərasimi keçirilib

image-728x90px
Doğru.az xəbər verir ki, Vətən müharibəsi şəhidi, baş leytenant İlkin Məmmədzadənin xatirəsinə həsr olunmuş onlayn şahmat üzrə Beynəlxalq Zəfər Kubokunun açılış mərasimi olub.

Koronavirus pandemiyası ilə bağlı onlayn formatda keçirilən tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, şəhidin anası Fatma Məmmədova, “Breyn Rinq” layihəsinin və İTV-nin aparıcısı DJ Fateh, “İDEA” şahmat klubunun rəhbərliyi, Gəncə İntellektual Klubunun rəhbəri Natiq Salahov, şəhidin qohumu, “Report” İnformasiya Agentliyinin baş redaktor müavini Pərvin Abbasov, “Report” İnformasiya Agentliyinin İdman departamentinin redaktoru Elşən Məmmədov və yarışın baş hakimi Fidan Talıbova iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Raqif Abbasov iştirakçıları gənclər və idman naziri Azad Rəhimovun və turnirinin təşkilatçıları adından salamlayıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən söz açan İdarə rəisi 30 illik işğala son qoyan qəhrəmanlarımızdan birinin də İlkin Məmmədzadə olduğunu diqqətə çatdırıb. Şəhidin həyat yolundan, uğurlarından danışan Abbasov bildirib ki, döyüş meydanında göstərdiyi şücaət onun ömür yolunun bir hissəsidir:

“Hər şəhidin həyat yolu bir dastandır. Onlar haqqında günlərlə danışmaq olar. Belə övlad yetişdirdiyi üçün əziz anamızın qarşısında baş əyirəm. Biz bu bu gün onların hesabına başımızı dik tuturuq. Bir neçə saat əvvəl Hərbi Qənimətlər Parkında idik. O hissləri sözlə ifadə etmək mümkün deyil. Bu, bizim döyüş meydanındakı qələbəmizin bir hissəsidir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki