image-n1karobka_ads
image-123
image-fb_img_1751015688343backend

Şəhidin oğlu leytenant oldu – Ordu Günündə ailəsinə qürur yaşatdı  

26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günü ölkənin dörd bir yanında böyük ruh yüksəkliyi ilə qeyd olunarkən, bu gün Şəhid ailələri üçün həm qürur, həm də duyğusal anlarla yadda qalır.

Doğru.az xəbər verir ki, bu əlamətdar gündə şəhid polkovnikin ailəsi üçün xüsusi bir hadisə baş verib. Şəhidin xanımı və ailə üzvləri, övladlarının hərbi tibb xidməti üzrə leytenant rütbəsi alması münasibətilə Sənanın qəbrini ziyarət edərək, bu sevinci onunla birlikdə bölüşüblər.

Ailə üzvlərinin sözlərinə görə, bu sadəcə bir rütbə deyil, uzun və əziyyətli, məsuliyyətli və qüsursuz bir yolun sonundakı qürur simvoludur.

“Artıq mərd və cəsarətli bir ailənin – Zabit ailəsinin bir üzvüyük,” – deyə şəhidin xanımı bildirib.

Ailə bütün hərbi qulluqçuları 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə səmimi qəlbdən təbrik edib, Vətənə sədaqətlə xidmət etmələrini arzulayıb.

DOĞRU.AZ

image-fb_img_1751015682226image-fb_img_1751015686404 image-fb_img_1751015679934 image-fb_img_1751015688343 image-fb_img_1751015683990

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki