image-2000x150px
image-970x50px
image-interpress_375991b64ff7dfaf3620e70bbfabd331_wc3yxpvim5noq91rsljtbackend

Şəmkirin həbs olunan İcra başçısının “vurduğu” adamların içində kimlər var?

image-728x90px

Şəmkirin həbs olunan icra başçısı Alimpaşa Məmmədov bir sıra qanunsuz əməlləri ilə yanaşı, rayonda sayılıb-seçilən nüfuzlu şəxslərin gözdən salınması, əlində olan media resursları vasitəsi ilə onlara qarşı qarayaxma kampaniyalarının aparılması, həmin adamların müəyyən formalarla təqib edilməsi ilə məşğul idi.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, icra başçısı rayonun keçmiş millət vəkili işlədiyi müddətdə seçicilərin böyük rəğbətini qazanmış Sona Əliyevanı da təqib edib. Sona Əliyevanı özünə siyasi rəqib sayan və onun getdikcə təkcə rayonda deyil, ölkədə artan etibarını və nüfuzunu görən Alimpaşa Məmmədov hələ millət vəkili kimi fəaliyyət göstərdiyi müddətdə ona müxtəlif maneələr törətmiş, deputat kimi işləməyə imkan verməyib. Bu yolla ona süni əngəllər yaratmağa çalışıb.

Belə ki, deputatlıq dövründə Sona Əliyevanın işlərinə dolayı yollarla süni əngəllər yaratmağa çalışan Alimpaşa Məmmədov təhsil sahəsində çox təcrübəli olan, uzun illər pedaqoji fəaliyyətlə məşğul olan, rayon icra hakimiyyəti vəzifəsində çalışan Sona Əliyeva barəsində yuxarı dairələrdə əlinə düşən hər fürsətdə mənfi rəy yaratmağa cəhd göstərib.

Onu nüfuzdan salmağa çalışıb, siyasi karyerasını məhv etməklə məşğul olub. Hətta parlament seçkilərindən sonra onun ümumi karyerasına da mənfi hallar yarada biləcək addımlar atdığı da deyilir. Belə ki, Sona Əliyevanın işsiz qalmasında Alimpaşa müəllimin əlinin olduğu da söylənilir. Bundan əlavə, Sona Əliyevanın rayondakı Heydər Əliyev Mərkəzinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmasının əsas səbəbkarı kimi də DTX tərəfindən qolları qandallanan icra başçısı göstərilir.

Yayılan məlumatlara görə, Alimpaşa müəllim keçmiş millət vəkilinin ailəsi haqqında yalan məlumatların bəzi media orqanlarında işıqlandırılmasında və onun nüfuzuna, karyerasına “son qoymaq”, böyük zərbə vurmaq məqsədi ilə xüsusi canfəşanlıq nümayiş etdirib.

Ümid edirik ki, Alimpaşa Məmmədovun həbsindən sonra keçmiş deputatın və icra başçısının vurduğu digər insanların süni şəkildə dondurulmuş karyerası bərpa olunacaq. Həmin savadlı, təcrübəli kadrlar yenidən ictimai-siyasi fəaliyyətinə davam edə biləcəklər.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki