image-2000x150px
image-123
image-ads_atlas
image-kbackend

Sentyabrın 15-dən Ağalıda dərslər başlayır

image-728x90px

Zəngilanın Ağalı kənd orta məktəbinə direktor təyinatı olub.

Bu vəzifəyə təyinat alan Ağalı sakini Nərmin Həsənova ilk təəssüratlarını Modern.az-la bölüşüb.

Direktor təyinatla bağlı xəbəri böyük təəccüb, sevinc və həyəcanla qarşıladığını bildirib.

N.Həsənova qeyd edib ki, Ağalı kənd məktəbi növbəti tədris ilindən fəaliyyətə başlayacaq:

“Sentyabr ayının 15-dən Ağalıda dərslər başlayacaq. Yaxın zamanda da köç prosesinə başlanılacaq. Azərbaycanımız üçün, bizim üçün yeni dönəm başlayır. Hər kəs üçün uğurlu olsun”.

Qeyd edək ki, Nərmin Həsənova bundan öncə Zəngilan rayon 14 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki