image-n1karobka_ads
image-123
image-17604522031227428992_1200x630backend

Serbiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib – FOTO 

image-ad_qayo_720x110px

Azərbaycan ilə Serbiya respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Serbiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Müdafiə Nazirliyindən Doğru.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyətinin iştirakı ilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində görüş keçirilib.

Görüşdə bildirilib ki, Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında Saziş, ikitərəfli planlar və strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində aparılan müzakirələr iki ölkə arasında müdafiə sahəsində əlaqələrin inkişafında mühüm mərhələdir.

Qeyd olunub ki, qarşılıqlı səfərlər və bu cür görüşlər Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın möhkəmlənməsinə xüsusi töhfə verir. Həmçinin ikitərəfli plan çərçivəsində həyata keçirilən tədbir və təlimlər tərəfdaşlığın inkişafına xidmət edir.

Görüşdə “Əməliyyatların planlaşdırılması” mövzusunda brifinqlər təqdim olunub, müzakirələr aparılıb və qonaqlara Azərbaycan Ordusunun müasir formalaşması, həyata keçirilən islahatlar, tədris müəssisələri və döyüş hazırlığı barədə ətraflı məlumat verilib.

Sonda nümayəndə heyətinə xatirə hədiyyələri təqdim olunub.

DOĞRU.AZ

image-17604522035046561006_1200x630 image-17604522033072360708_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki