image-n1karobka_ads
image-123
image-17373625085484219019_1200x630backend

Sərhədçilər 20 Yanvar şəhidlərinin xatirəsini anıblar

image-ad_qayo_720x110px

20 Yanvar faciəsinin 35-ci ildönümündə Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində anım tədbirləri keçirilib.

Xidmətdən bildirilib ki, Ümumxalq Hüzn Günündə DSX-nin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, şəhidlərimizin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

DSX aparatında keçirilmiş anım tədbirində fotoqrafların faciədən lentə aldığı fotolardan ibarət sərgiyə baxışı təşkil olunub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində dinc sakinlərə qarşı törədilmiş vəhşiliklər və dəhşətli cinayətlərdən bəhs edilib, 20 Yanvar hadisələrinin xalqımızın istiqlaliyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğu vurğulanıb.

Qanlı faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı qırğın törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdığı xüsusi qeyd edilib.

Yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

Bildirilib ki, Ulu Öndərin siyasi yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev daim şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə və şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün dövlət başçısının təşəbbüsləri nəticəsində effektiv sosial müdafiə sistemi formalaşdırılıb.

Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması istiqamətində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş hərbi əməliyyatların zəfərlə nəticələnməsi Vətənin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin ruhlarını şad edib.

Tədbirin sonunda “Tarixin izi ilə – Qanlı şənbə gecəsi” sənədli filmi nümayiş olunub.

DOĞRU.AZ

image-17373625086164437766_1200x630 image-1737362508249012975_1200x630 image-17373625086142517020_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki