Şərq İqtisadi Forumunun (EEF) resursları son iki gündə üç güclü DDoS hücumuna məruz qalıb.
Doğru.az xəbər verir ki, bu barədə EEF çərçivəsində Sberbank İdarə Heyətinin sədr müavini Stanislav Kuznetsov məlumat verib. Onun sözlərinə görə, hücumların hamısı avtomatik olaraq dəf edilib və prosesə Sberbank ekspertləri də cəlb olunub.
Kuznetsov həmçinin bildirib ki, son dövrdə 24 daxili insident qeydə alınıb və onlar da vaxtında aşkarlanaraq avtomatik şəkildə neytrallaşdırılıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 5-də Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edəcək.
DOĞRU.AZ