image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot-2021-07-23-171328backend

“Şərqi Zəngəzur qərbə doğru genişlənəcək? Bakı və Moskvadan siqnallar” – VİDEO

image-728x90px

“Caliber” layihəsinin “YouTube” hesabında Zəngəzur məsələsinə həsr olunmuş növbəti təhlil yayımlanıb.

“Şərqi Zəngəzur Qərbə doğru genişlənəcək? Bakı və Moskvadan siqnallar” adlı videoda dövlət başçısı İlham Əliyevin Moskva səfərindən sonra Daşkəsəndə Azərbaycan Dövlət Televiziyasına müsahibəsi zamanı regional proseslər barədə səsləndirdiyi önəmli fikirlərə yer verilib:

“Biz, Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa çatıb. Münaqişə həll olunub. Ermənistanda hər hansı revanşist tendensiyalara yol verilməməlidir”.

Dövlət başçısı bildirib ki, Ermənistan müharibədən dərhal sonra buna qarşı çıxsa da, artıq Zəngəzur dəhlizindən dəmiryolunun keçməsinə razılaşıb.

“Caliber” həmçinin iyulun 22-də Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında telefon danışığını da vurğulayıb.

Ətraflı videoda:

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki