Sərt karantin marşrutlarda gediş-gəlişi azaldıb – BNA-dan açıqlamabackend

Sərt karantin marşrutlarda gediş-gəlişi azaldıb – BNA-dan açıqlama

Sərt karantin rejiminin tətbiqi ilə gündəlik sərnişin səfər sayında təxminən 33-35% azalma müşahidə olunur.

Doğru.az İqtisadi.az-a istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agenliyinin mətbuat katibi Mais Ağayev bildirib. Əgər dekabrın 14-ə qədər gündəlik sərnişin səfər sayı təxminən 1900000-2100000 arasında dəyişirdisə hazırda bu rəqəm 600000-dən bir qədər artıqdır.

Sərnişin sayının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq gündəlik xəttə çıxarılan avtobusların sayında dəyişiklik edilməyib. Bu addım da mövcud epidemioloji vəziyyət nəzərə alınmaqla atılıb.Eyni zamanda sərtləşdirilmiş karantin rejimilə əlaqədar yollarda gündəlik nəqliyyat axınında da azalma var. Təxminən 15 % azalma müşahidə olunur. 

Gültən Qədirli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki