image-ads_n1karobka_mobile
image-009907-pic905-895x505-80599backend

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi müxtəlif ölkələrin vətəndaşlarının Sudandan təxliyəsinin başa çatdığını açıqlayıb

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi müxtəlif ölkələrin vətəndaşlarının Sudandan humanitar evakuasiyasının başa çatdığını bildirib.

“Krallıq öz təbəələrinin və qardaş və dost ölkələrin vətəndaşlarının Sudan Respublikasından humanitar evakuasiyanın başa çatdığını elan edir”, – nazirlik bildirib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri 8455 nəfəri Sudandan təxliyə edib, onlardan 404 nəfəri Səudiyyə Ərəbistanı, qalanları isə 110 dövlət vətəndaşıdır.

Doğru.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki