image-2000x150px
image-123
image-ads_atlas
image-untitled-1backend

Səudiyyə Ərəbistanında Ronalduya ayrılan dəbdəbəli villanın görüntüləri – FOTO/VİDEO

image-728x90px

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu ilə müqavilə imzalayan portuqaliyalı hücumçu Kriştianu Ronaldunun qaldığı ev gündəm olub.

Belə ki, klub ulduz futbolçuya hər cür imkanları olan villa ayırıb. Çox dəbdəbəli görkəmi olan malikanədə minifutbol meydançası, kiçik basketbol meydançası, qapalı və açıq hovuzlar, sauna otağı, stolüstü tennis otağı var. Bundan əlavə, Ronaldu və ailəsinə xüsusi lüks avtomobillər təklif olunacaq.

Qeyd edək ki, “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olacağı gözlənilir.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki