image-2000x150px
image-123
image-ads_atlas
image-15386508356204351257_1000x669backend

Şeyxdən bayram təbriki

image-728x90px

“Bütün dünya müsəlmanlarını və Azərbaycan xalqını təbrik edirəm. Onlara Allahdan xoşbəxtlik arzu edirəm. Bilirsiniz ki, Qurani-Kərim də bu ayda göndərilib. Bu gün biz bu müqəddəs ayı yola salırıq. Allah gələcəkdə də bizə bu ayda oruc tutmağı nəsib eləsin”.

Doğru.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində qılınan Ramazan bayramı namazı mərasimində deyib.

“Biz çox xoşbəxtik ki, bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində torpaqlarımız işğaldan azad olundu və öz sahiblərinə qayıtdı”, – deyə o əlavə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki