Pekində Çin prezidenti Si Cinpin və Macarıstanın baş naziri Viktor Orban arasında görüş keçirilib.
RİA Novosti xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
“Çin sədri Si Tsinpin iyulun 8-də səhər Pekindəki Diaoyutai dövlət iqamətgahında Macarıstanın baş naziri Orbanla görüşüb”, – məlumatda deyilir.
Bundan əvvəl Orban Çinə səfərə gəlmişdi.
Daha sonra Çin Xarici İşlər Nazirliyi bildirib ki, prezident Si Cinpin və Orban qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.
İyulun 5-də Viktor Orban “sülh missiyasını” davam etdirmək üçün Moskvaya gəldiyini açıqladı . Bundan əvvəl Macarıstanın baş naziri Kiyevə səfər edib və orada Vladimir Zelenski ilə görüşüb.
DOĞRU.AZ