image-ads_n1karobka_mobile
image-173494848158440307367693681a98f7backend

Şimali Koreya hərbi xidmətə çağırış yaşını 23-dən 25 yaşa qaldırıb

image-add-a-heading

KXDR hakimiyyəti respublikada hərbi xidmətə çağırış yaşını 23-dən 25-ə qaldırıb, RFA radiostansiyası “Şimali Koreyalılar” arasında öz mənbələrinə istinadən xəbər verir.

“Orduya çağırış üçün maksimum yaş həddi 23-dən 25-ə qaldırılıb”, – radiostansiya xəbər verir.

Heç bir təsdiq və ya rəsmi şərh verilmir.

Noyabr ayında Şimali Koreya lideri Kim Çen In müharibəyə tam hazırlığın təmin edilməsinin vacibliyini vurğulamışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki