image-n1karobka_ads
image-123
image-rumjpg_1746437323backend

Simion Rumıniyada keçirilən prezident seçkilərində məğlub olduğunu etiraf edib

“Rumınların Birləşməsi Uğrunda Alyans” (AUR) müxalifət partiyasının lideri George Simion Rumıniyada keçirilən prezident seçkilərində məğlub olduğunu etiraf edib.

Bu barədə RİA Novosti yazır və qeyd edir ki, Respublika Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ikinci turda bülletenlərin 99,19%-ni emal etdikdən sonra Simion 46,02% səs toplayıb.

Siyasətçi sosial şəbəkədə “Biz hamıya qarşı tək idik. Sizinlə fəxr edirəm və rəqibimi qələbə münasibətilə təbrik edirəm” yazıb.

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunun lideri, Buxarest meri Nikuzor Dan daha əvvəl sosial şəbəkədə qalib gəldiyini açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki