Dekabrın 10-da İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası baş tutub.
Doğru.az xəbər verir ki, iclas Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilib. Gündəlikdə SOCAR-ın dayanıqlı fəaliyyəti, həyata keçirilən layihələr, inkişaf perspektivləri, maliyyələşmə mənbələri, borc portfeli və digər cari məsələlər geniş müzakirə olunub.
Gündəlikdəki məsələlər üzrə SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov çıxış ediblər.
Müzakirələrdən sonra Şura üzvlərinin rəy və təklifləri nəzərə alınaraq SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib.
DOĞRU.AZ





























