image-2000x150px
image-123
image-ads_atlas
image-depositphotos_247348530_xl-2015-pic_32ratio_1200x800-1200x800-72263backend

Sofiyada müharibə əleyhinə mitinq keçirilib

image-728x90px

Sofiyada və Bolqarıstanın digər şəhərlərində “Bolqarıstan sülh zonasıdır” şüarı altında minlərlə müharibə əleyhinə aksiya keçirilib.

Bu barədə TASS-ın müxbiri məlumat yayıb.

“Biz dinc Bolqarıstanı qorumaq üçün buradayıq. Kampaniyamız sülh və müharibə əleyhinədir. Nə prezident, nə hökumət, nə də parlament, Bolqarıstan xalqı müharibə və sülhlə bağlı öz mövqeyini bildirməlidir”, – aksiya zamanı onun təşkilatçılarından biri Nako Stefanov bildirib.

Agentliyin məlumatına görə, etirazçılar ölkənin hərbi münaqişələrdə iştirak etməməsini, xarici siyasətdə suverenliyin qorunub saxlanmasını, NATO-nun hərbi bazalarının bağlanmasını təkid ediblər. Onlar həmçinin Bolqarıstanın Avroatlantik oriyentasiyasına və ailə dəyərlərinin qorunmasına qarşı çıxıblar.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki