Doğru.az bildirir ki, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, nəticədə metronun “28 may” – “Gənclik” istiqamətində qatarların hərəkətində 30 saniyə gecikmə olub: “Gərginlik qəfil düşdüyündən həmin istiqamətdə tuneldə olan qatarın hərəkəti ləngiyib. Təxminən 30 saniyədən sonra gərginlik tənzimlənib və problem aradan qaldırılıb”.
























