image-n1karobka_ads
image-123
image-1419361backend

SON DƏQİQƏ: Hərbçimiz Zəngilanda MİNAYA DÜŞDÜ

Bu gün saat 15:00 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu minaya düşüb.

Doğru.az  xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Nəzərxanlı Elgün Elxan oğlu Zəngilan  rayonu ərazisində xidmət apardığı sərhəd döyüş məntəqəsinə hərəkət zamanı piyada əleyhinə minaya düşərək xəsarət alıb.

İlkin tibbi yardım göstərildikdən sonra hərbi qulluqçu helikopterlə Füzuli  rayonunun Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hospitala təxliyyə edilib, həkimlərin tam nəzarəti altındadır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki