Sudan Çevik Reaksiya Qüvvələri (RRF) tərəfindən atəşkəs əldə olunmasa, Səudiyyə Ərəbistanında danışıqlar faydasızdır.
Bunu ölkənin Keçid Suveren Şurasının rəhbəri və Sudan silahlı qüvvələrinin baş komandanı Əbdülfəttah əl-Burhan deyib.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bildirib ki, Sudanda qarşıdurmada olan hökumət ordusu ilə RRF arasında Ciddə danışıqları tərəflər real müvəqqəti atəşkəsə razılaşana qədər davam edəcək.
“Səudiyyə Ərəbistanında atəşkəs olmadan danışıqlar masası arxasında oturmağın faydası yoxdur”, – əl-Burhan Misirin “Əl-Qahera News” telekanalına müsahibəsində deyib.
Mənbə: BBC.com
Doğru.az

























