image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1618312999350backend

Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq? – Prezident cavabladı

image-728x90px

“Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları suallar doğurur. Biz öz mövqeyimizi rusiyalı tərəfdaşlarımıza bildirmişik. Bu, nə üçün edilir? Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq”.

Doğru.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda bildirib.

“Rusiyanın sülhməramlı kontingenti regionu tərk edəndən sonra nə olacaq?” barədə suala cavab verən dövlət başçısı deyib ki, bizim Tovuzda, Zəngilanda Ermənistanla sərhədlərimiz var: “Bizim sərhəd qoşunlarımız Ermənistan tərəfinin bilavasitə yaxınlığındadır. İnsidentlər varmı? Yoxdur. Ermənistan ordusu yoxdur, mənəvi cəhətdən sarsılıb, bizim qoşunlarımız beş metrlikdə dayanıblar. Lakin bizim heç bir hərbi planımız yoxdur”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki