image-2000x150px
image-123
image-ads_atlas
image-img-20210622-wa0050backend

Sumqayıt Gənclərinin «Yаy məktəbi» davam edir – FOTO

image-728x90px

Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə gənclər üçün təşkil edilən, “Yay məktəbi” günləri davam edir. Mövcud Pandemiya qaydalarına uyğun olaraq şəhər gənclərinin Quba rayonunda 44 günlük Zəfər Müharibəsinə həsr edilən “Vətənimizi Tanıyaq və Tanıdaq!” devizi altında “Yay məktəbi” davam edir.

Doğru az xəbər verir ki,  Gənclər və İdman Nazirliyinə istinadən bildirir ki, Yay Məktəbinin təşkilində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrası, Qarabağ Vətən Müharibəsi və əldə olunmuş böyük qələbənin təbliği, şəhid və qazi övladlarının yay düşərgələrində iştirakının təmin edilməsi, gənclərə milli-vətənpərvərlik hisslərinin aşılanması, ölkəmizin bölgələrini tanımaları və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

Qeyd edək ki, “Yay Məktəbi”nin növbəti turlarında peşə təhsil mərkəzlərinin tələbələri, şəhərin müxtəlif sahələrini təmsil edən ictimai fəal gənclər, Covid-19 Pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə təşkil edilən maarfiləndirici aksiyalarda iştirak edən könüllü gənclər və idman ictimaiyyəti nümayəndələri iştirak etmişlər.

Azərbaycanın qədim bölgələrindən olan Quba rayonunda təşkil olunan “Yay Məktəbi”ndə iştirakçılar Quba rayonun əsrarəngiz təbiəti ilə tanış olmuş, habelə gənclər arasında intelektual, əyləncəli oyunlar keçirilmiş, yemək və çay fasilələri təşkil edilmişdir.

DOĞRU.AZ 

image-img-20210622-wa0049 image-img-20210622-wa0050

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki