image-n1karobka_ads
image-123
image-ekran_sekli_2025-10-19_133423backend

Süni intellektdə qadağan edilmiş sorğuların siyahısı

image-ad_qayo_720x110px

Süni intellekt həyatımızın hər sahəsinə nüfuz edərək yazıdan vizual dizayna, məzmundan təhlilə qədər bir çox işi asanlaşdırır.

Lent.az xəbər verir ki, ChatGPT kimi sistemlərdə müəyyən təhlükəsizlik məhdudiyyətləri mövcuddur və istifadəçilər bəzən “qadağan edilmiş əmrlər” verməyə çalışır. Bu halda sistem sorğunu avtomatik rədd edir və ya xəbərdarlıq mesajı göstərir.

Süni intellektə verilməməsi lazım olan sorğular bunlardır:

1. Şəxsi məlumatlar – vətəndaşların və məşhurların şəxsi məlumatları, sosial media hesabları, parollar.

2. Zorakılıq və cinayət – silah, partlayıcı, narkotik reseptləri, fırıldaq, özünə və başqasına zərər vermək əmrləri.

3. Nifrət və ayrı-seçkilik – irq, dil, din, cins və ideologiya əsasında alçaldıcı məzmun.

4. Tibbi və psixoloji diaqnoz – diaqnoz qoymaq, dərman dozası və müalicə ilə bağlı fərdi göstərişlər.

5. Hüquqi və maliyyə yönləndirmə – məhkəmə strategiyası, investisiya gəliri və vergi gizlətmək kimi fərdi tövsiyələr.

6. Manipulyasiya və dezinformasiya – saxta xəbərlər, sui-qəsd nəzəriyyələri, uydurma ifadələr yaratmaq.

7. Ədəbsiz və seksual məzmun – açıq seksual və pornoqrafik ifadələr.

8. Şəxsiyyət və sistem manipulyasiyası – AI-ni başqası kimi göstərmək, qadağan edilmiş əmrlərə baxmayaraq cavab verməsini tələb etmək.

Sistem bu qaydalarla həm istifadəçiləri, həm də ictimaiyyəti qoruyur və yalnız etik, təhlükəsiz və məlumatlandırıcı sorğulara cavab verir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki