image-n1karobka_ads
image-123
image-img-20251003-wa0081backend

Suqovuşan və Talış döyüşləri – Qələbənin başlanğıcı

image-ad_qayo_720x110px

44 günlük Vətən müharibəsinin ən ağır, eyni zamanda ən şərəfli səhifələrindən biri Tərtər-Ağdərə istiqamətində yazıldı.

Suqovuşan və Talış kəndləri uğrunda aparılan döyüş əməliyyatları düşmənin illərlə qurduğu müdafiə xətlərini darmadağın etdi və onların belini qırdı.

Həmin günlərdə Ağdərə dağlarının sükutunu mərmi yağışları, top səsləri və Azərbaycan əsgərinin “irəli!” nidaları pozurdu. Sayca üstün olan düşmən qüvvələri xalqın iradəsi, torpaq sevgisi və əsgərlərimizin əzmi qarşısında tab gətirə bilmədi.

Altı gün davam edən ağır döyüşlərdə düşmənin 10-cu diviziyası, xüsusi təyinatlı qüvvələri və tank taborları məhv edildi. Yüzlərlə texnika, onlarla tank və silah-sursat sıradan çıxarıldı. Azərbaycan Ordusu təkcə döyüş meydanında deyil, həm də ruh savaşında qələbə qazandı.

Suqovuşan və Talışın azad olunması ilə Ağdərə dağları yenidən Azərbaycan bayrağına büründü. Bu zəfər yalnız hərbi qələbə deyil, xalqımızın ruhunun dirçəlişi oldu. Tarix həmin günü əsrlər boyu “Qələbənin başlanğıcı” kimi xatırlayacaq.

DOĞRU.AZ

image-img-20251003-wa0082 image-img-20251003-wa0083

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki