image-2000x150px
image-123
image-ads_atlas
image-1578397802_vilayet-eyvazov-nazirbackend

Sürücüdən nazirə müraciət – Vətəndaş bu şəxslərin cəzalandırılmasını istəyir

image-728x90px
Bakı şəhər sakini Eldar Rəfiyev Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. 
Doğru.az xəbər verir ki,  surəti BDYPİ-nin rəisi Ramiz Zeynalova ünvanlanan məktubda vətəndaş nəqliyyat vasitəsinin özünə qaytarılmasını istəyir:

“Hörmətli cənab Nazir!

23.05.2021-ci il tarixdə Bakı şəhər DYPİ-nin əməkdaşı mənə məxsus olan LEXUS LX570 minik markalı, Az 90 XG 570 dövlət qeydiyyat nişanlı avtomobili cərimə meydançasına yerləşdirdilər. Əsas kimi isə “BDYPİ-nin Mərkəzi İnformasiya Sistemində olan məlumata əsasən, icra qərarının icrasına dair nəqliyyat vasitəsini duracağa yerləşdirilməklə BDYPİ-yə məlumat verilməsi vəzifəsinin üzərilərinə qoyulmasını göstərdilər.

Bununla bağlı bildirirəm ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-848/2020 nömrəli 18.12.2020-ci il tarixli qərarına əsasən, təqdimat təmin edilərək borclu Rəfiyev Eldar Sabir oğluna məxsus  LEXUS LX570 minik markalı Az 90 XG 570 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulub.  Qərarın icrası isə Yasamal rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.

Göründüyü kimi, sadəcə olaraq BDYPİ-nin Mərkəzi İnformasiya Sisteminə yerləşdirməklə, bu barədə məlumat Yasamal rayon İcra və Probasiya şöbəsinə verilməlidir. Lakin  BDYPİ-nin qanuna söykənməyən və Mərkəzi İnformasiya Sisteminə yerləşdirilmiş qeydlərə əsaslanaraq, Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş fundamental olan mülkiyyət hüququm kobud şəkildə pozulub.

Hörmətli nazir, mülkiyyətimdən məhrum olmuşam.

Mən bilirəm ki, Siz Azərbaycan Polisinin rəhbəri kimi insan və vətəndaş hüquq və azadlıqlarının qorunması üçün bütün qanunla müəyyən edilmiş tədbirləri daim həyata keçirirsiniz.

Xahiş edirəm mənə məxsus olan LEXUS LX570 minik markalı, Az 90 XG 570 dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasından buraxılması və təqsirkar şəxslərin cəzalandırılması üçün qanunamüvafiq göstəriş verəsiniz”.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki