image-n1karobka_ads
image-123
image-messenger_creation_700a1951-547d-48b1-aad4-02bc273d04c6backend

Şuşada mətbuat muzeyi yaradılsın – Rəşad Məcid hökumətə müraciət etdi

Azərbaycanda ilk mətbuat muzeyinin yaradılması ilə bağlı hökumətə rəsmi müraciət olunub.

Bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Trend-ə açıqlama verib.

Rəşad Məcid bildirib ki, ötən il Türkiyənin Elazığ şəhərinin Harput qəsəbəsində yerləşən, 18-ci əsrə aid qala içərisində yaradılmış mətbuat muzeyi ilə tanışlıq ona bu ideyanı verib:

“Azərbaycanda da mətbuat muzeyi yaradılması vacibdir. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bu istiqamətdə ilkin təşəbbüslə çıxış edib, müxtəlif eksponatlar toplanıb. Mən də bu ideyanı dəstəkləyərək hökumətə rəsmi müraciət etmişəm.”

Mətbuat Şurasının sədri muzeyin yerləşəcəyi yerin simvolik əhəmiyyət daşımasının vacibliyini vurğulayıb:

“Təklif etmişəm ki, muzey ya Şuşada, ya da Xankəndidə qurulsun. Xüsusilə Şuşa bunun üçün ideal məkandır. Çünki Azərbaycan mətbuatına töhfə vermiş bir çox publisist və ziyalı bu şəhərlə bağlıdır. Burada mətbuat tariximizlə mənəvi bağlar mövcuddur.”

Rəşad Məcid əlavə edib ki, son illər Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada Qlobal Media Forumlarının keçirilməsi bu təklifi daha da aktuallaşdırır:

“Əgər qədim və tarixi bir bina ayrılarsa, burada Azərbaycanın ilk mətbuat muzeyinin yaradılması həm media, həm də milli yaddaş baxımından mühüm hadisə olar”, – deyə o qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki