image-ads_n1karobka_mobile
image-22521_jm9pmqq863backend

Şuşada silah-sursat aşkar edildi

İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların, mina və digər partlayıcı vasitələrin aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Doğru.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumlarının əməkdaşlarının birgə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisindən 1 pulemyot, 1 avtomat, 3 əl qumbarası, 1 qumbaraatan mərmisi, 691ədəd 7.62 kalibrli patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki