Tacikistanda 4,5 bal gücündə daha bir zəlzələ baş verib.
Bu barədə məlumat Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında yer alıb.
Zəlzələnin 10,7 min nəfər əhalisi olan Rəşt şəhərindən 23 km şimal-qərbdə baş verdiyi qeyd edilir. Mümkün tələfat və dağıntılar barədə təfərrüatlar açıqlanmayıb.
Bir gün əvvəl Tacikistanda baş verən zəlzələdə bir uşaq ölüb.
Həmçinin, bir neçə saat əvvəl Okeaniyanın Tonqa sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.
DOĞRU.AZ