image-n1karobka_ads
image-image_940x_6992c2b631bf2backend

Tanınmış aktrisa VƏFAT ETDİ

Sovet və rus kino aktrisası Lyudmila Solodenko 13 fevral tarixində 76 yaşında vəfat edib.

Ajans.az xəbər verir ki, bu barədə kino-teatr.ru portalı məlumat yayıb.

Aktrisa “Kin-Dza-Dza” və “Dünyanın Səkkizinci Möcüzəsi” filmlərindəki rolları ilə geniş tamaşaçı auditoriyasına tanış idi. Ölüm səbəbi açıqlanmayıb.

Lyudmila Solodenko 4 sentyabr 1949-cu ildə Odessada anadan olub. O, Ümumrusiya Estrada Sənəti Yaradıcılıq Emalatxanasını bitirib və 1972-ci ildən aktyorluq fəaliyyətinə başlayıb.

Yaradıcılığı ərzində 18 layihədə iştirak edən aktrisa “Gecənin Salnaməsi”, “Xoakin Murietanın Ulduzu və Ölümü”, “TASS-ın Elan Etmək Səlahiyyəti…”, “Xüsusi Məqsədli Kurort” və digər filmlərdə rol alıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki