image-2000x150px
image-123
image-ads_atlas
image-1646226492_4df88500-eb02-4143-9c8e-4ebafbc68101-jpg-pagespeed-ce-ncz-wj-fwq-1backend

“Tarix Yazanların Yadigarları” adlı tədbir keçirilib – FOTOLAR

image-728x90px

“Əsgərə xatirə kitabı” layihəsinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Tarix Yazanların Yadigarları” adlı tədbir keçirilib.

BAKU.NEWS bildirir ki, Bayram tədbiri Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında, qorunub-saxlanılmasında canından keçmiş və şücaət göstərmiş, eləcə də Vətən Müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirən şəhid və qazi analarına, həyat yoldaşlarına, bacılarına və qız övladlarına həsr olunmuşdur.

Tədbir iştirakçıları öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının – şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.

Dövlət Himninin oxunması ilə açıq edilən tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, Millət vəkili Vüqar İskəndərov, layihə rəhbəri Nuranə xanım Şıxəliyeva, “SARO çay” şirkətlər qrupunun rəhbəri, Beynəlxalq Turan Oyunları komitəsinin Sədri Fərid Əlizadə, Şəhid anaları – Abdurrəhmanlı Mehriban, Manafova Natavan, Qarayeva Təminə, sahibkar, “Creative Minds” uşaq bağçası və inkişaf mərkəzinin direktoru Xəyalə Əzizli, Əsgərə xatirə layihəsinin fəxri üzvü, həkim-ginekoloq Tamilla Hacıyeva, canlı qəhrəmanlarımız Famil Məlikov, Amin Musayev,Fəqan Musayev və Camal Alxaslı, “Peşə yönümlü təhsilin inkişafına yardım” İB-nin sədri, yazar İradə Əlili, “Gənclərin Töhfəsi” İB-nin sədri Asim Vəliyev çıxış edərək təbriklərini çatdırmışlar.

Qeyd olunub ki, bu gün ölkəmizdə artıq ordu ilə xalqın daha sağlam mənəvi birliyi yaranıb və bu birlik, həmrəylik qırx dörd günlük Vətən müharibəsi zamanı bir daha öz təsdiqini tapdı. Azərbaycanın təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş tarixi torpaqlarının azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpası uğrunda “Dəmir Yumruq” əməliyyatı ilə başladığı Vətən müharibəsində qazanılan möhtəşəm qələbədə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla hər bir Azərbaycan vətəndaşının, hər bir hərbi qulluqçunun böyük xidmətləri vardır. Vətən isə bu xidmətləri heç vaxt unutmur. İlk növbədə hərbi əməliyyatlar zamanı qanları ilə qalibiyyət dastanı yazan, əbədiyyət zirvəsinə ucalan şəhidlərimizə, onları boya-başa çatdıran ata-analarımıza minnətdarıq, onlara borcluyuq.

Tədbirin bədii hissəsində, mədəniyyət və incəsənət xadimləri olan Nazim Pişyari, Mənsum İbrahimovun tələbəsi, gənc muğam ifaçısı Kənan Şərifov, İlqar Sadıqov,əməkdar artist Vasif Məhərrəmli cıxış etdilər.
Layihənin icraçı direktoru Məltəm Şıxəliyeva tədbirin keçirilməsi üçün şərait yaradan Kimə nə?-restoranın rəhbərliyinə,bütün kollektivinə, tədbirin ərsəyə gəlməsində dəstək olan,“Əsgərə xatirə” layihəsinin fəxri üzvlərinə, cəsur və zərif qəhrəmanlarına, iş adamlarına, sahibkarlara, mədəniyyət xadimlərinə, KİV nümayəndələrinə, xüsusi minnətdarlığını bildirmişdir.
Tədbirdə şəhid ailələri üçün hazırlanmış tort şirnisi kəsilib
Sonda xatirə şəkli çəkilib, şəhid ailələrinə bayram sovqatları təqdim olunub, sülh, əmin-amanlıq rəmzi olan göyərçinlər səmaya uçurulub.

Bütün dünyada barış olsun,savaş yox!!!
Güc birlikdə, sevgi həmrəylikdədir!
Qələbəmiz əzəli və əbədi olsun!

DOĞRU.AZ

image-1646226521_0bbd9ff9-9d8f-497c-9707-ec836f8a78cc image-1646226478_4d98b58b-3708-426a-8920-b8886f94392e image-1646226492_4df88500-eb02-4143-9c8e-4ebafbc68101-jpg-pagespeed-ce-ncz-wj-fwq image-1646226526_9b87fb97-61ac-437a-8c04-836c64208d34 image-1646226514_59c3ed16-349a-48af-a403-e5fda8b3270e image-1646226507_73ab729f-1270-444a-855b-fef225a405cf image-1646226501_420b6a45-ab81-4660-bb79-40859263170d image-1646226473_671c825a-c11a-46f0-bb64-a5610888852f image-1646226509_3727e758-9ad5-4d72-b96f-b793c682bd1a image-1646226549_054404b6-10a0-48b6-9688-5577cdfa5ea0 image-1646226520_7355118f-7ce5-409d-9b91-964314b70dd0 image-1646226526_a9e709f9-679c-4f7d-8b04-7177022ac830 image-1646226484_ad21d359-4ee2-405e-9c18-7c877d894122 image-1646226539_b17c4fca-d44e-42ef-99a3-5c728a218e24 image-1646226548_e3a12e0d-1e02-4e81-97fb-90e9b8048af2 image-1646226519_e7860e74-f1f7-460e-88f2-74e270c3e047 image-1646226510_fcdff31c-1d65-41b1-93e0-dbb1d746feec image-1646226805_3c2a5d36-810c-4ec8-aa6e-c569579b209b

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki