image-2000x150px
image-123
image-ads_atlas
image-1619554167_159101667416254207665ed4fce22564fbackend

Təhlükə: 4-cü dalğa gəlir – Karantin sərtləşdirilməlidir

image-728x90px

“Azərbaycanda əhalinin 14 faizinin vaksin olunması yumşaldılmaların tətbiqi üçün kifayət deyil. Qapanmalar yəqin ki, davam edəcək. İndi ikili mutasiyaya məruz qalan Hindistan ştammı yayılıb, bu ştamm kifayət qədər yoluxucudur və xeyli insan da yoluxub.Təhlükə: 4-cü dalğa gəlir – Karantin sərtləşdirilməlidir

Hindistanda gündə 3000-ə yaxın ölüm halı qeydə alınır və bu da təhlükəli vəziyyətdir. Bununla bağlı karantin qaydaları nəinki yumşaldılmalı, əksinə, sərtləşdirilməlidir”.

“Doğru.az” xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O bildirib ki, koronavirusa yoluxanların sayındakı azalma bizi qətiyyən sakitləşdirməməlidir:
“İkiqat mutasiyaya məruz qalan B.1.617 və B.1.618 ştammları yayılıb və bunlar həddən artıq təhlükəlidir. Bu, dördüncü dalğanın başlamasını istisna etmir. Hindistandaki gündəlik ölüm sayının bu həddə çatması bizi çox narahat edir. Bu onu göstərir ki, pandemiyanın yaxın zamanlarda bitmək ehtimalı yoxdur. Karantin qaydalarına ciddi riayət etməyə davam etməliyik”.
DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki