image-2000x150px
image-123
image-ads_atlas
image-telegram_27376565backend

“Telegram” kanallarının müəlliflərini sevindirəcək YENİ FUNKSİYA

image-728x90px

Mütəxəssislər “Telegram”ın mənbə kodunda istifadəçilərə ödənişli reaksiyalar verməyə imkan verən yeni funksiyanın əlamətlərini aşkar ediblər.

Qeyd olunub ki, əvvəlcə “Swiftgram” “Telegram” kanalında mesencerin hələ elan olunmamış yeni xüsusiyyətlərini nümayiş etdirən skrinkastlar peyda olub. Birinci videoda istifadəçinin “Telegram” kanalının müəllifinə bağışlamağa hazır olduğu qızıl ulduzların sayını necə seçə biləcəyi göstərilir. İkincisi videoda isə xüsusi bir reaksiya (həmin qızıl ulduz) verdikdə tətbiqin müəllifə göndərilən ianə haqqında məlumat verdiyi göstərilir. Bundan əlavə, xidmət üç ən aktiv ianə edən istifadəçilərin profillərini görmək imkanı verəcək.

Bundan əlavə, ekspertlər müəyyən ediblər ki, bu ianə formatı kanal sahiblərinə məzmundan pul qazanmağa və alınan ulduzları “Toncoin” kriptovalyutasına çevirməyə imkan verəcək. Sonradan məlum olub ki, ödənişli reaksiyalar haqqında mətnin “2.3. Subscriber Donations” bəndi rəsmi “Telegram” saytında “Terms of Service for Content Creators” bölməsinə əlavə edilib.

Mənbə: “Telegram Info” “Telegram” kanalı

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki