image-n1karobka_ads
image-123
image-1752157742113817853_1200x630backend

“Tərlan – 2025” PUA təlimi uğurla başa çatıb

image-ad_qayo_720x110px

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Tərlan – 2025” birgə taktiki-uçuş təlimi uğurla yekunlaşıb.

Doğru.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, təlim zamanı hər iki ölkənin hərbçiləri qarşıya qoyulan tapşırıqları yüksək dəqiqliklə yerinə yetirib, qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlərdə peşəkarlıq və döyüş hazırlığı nümayiş etdiriblər.

Təlim çərçivəsində həm taktiki, həm də əməliyyat məqsədli pilotsuz uçuş aparatlarının uçuşları həyata keçirilib. Mini PUA-larla ərazidə aşkarlanmış hədəflər barədə kəşfiyyat məlumatları toplanıb, daha sonra əməliyyat-taktiki PUA-lar vasitəsilə həmin hədəflər uğurla zərərsizləşdirilib.

Təlim rəhbərliyi şəxsi heyətin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib. Sonda fərqlənən hərbi qulluqçular “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı, qiymətli hədiyyələr və sertifikatlarla təltif olunublar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki