image-2000x150px
image-123
image-ads_atlas
image-minabackend

Tərtərdə mina PARTLADI

image-728x90px

Tərtər rayonu Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Məlumata görə, 1965-ci il təvəllüdlü Arzu Nəcəf oğlu Hacıyev keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

“ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır”, – birgə məlumatda vurğulanır.

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki