image-2000x150px
image-123
image-ads_atlas
image-ilon_mask_11backend

 Tesla ilk elektrik traktorunu təqdim etdi

image-728x90px

Tesla ilk elektrik traktorunu təqdim edib. Təqdimatda şirkətin rəhbəri İlon Mask iştirak edib. O, traktorun sükanı arxasında səhnəyə çıxıb.

İlon Mask deyib:”Bu bir fildir, amma çita kimi hərəkət edir. Tez sürətlənir və tez də yavaşlayır”.

Şirkətin məlumatına görə, traktor doldurulmadan 500 mil (təxminən 800 km) qət edə bilir. Eyni zamanda, qoşqunun yükgötürmə qabiliyyəti 37 tona yaxındır. Maskın sözlərinə görə, traktor “ultra sürətli enerji doldurma” ilə təchiz edilib. Onu tam doldurmaq üçün nə qədər vaxt lazım olacaq, o, dəqiqləşdirməyib.

Mask həmçinin avtomobilin pilotsuz idarəetmə sistemi ilə təchiz edilib-edilməyəcəyini və Tesla-nın yaxın gələcəkdə nə qədər belə traktor buraxmaq niyyətində olduğunu qeyd etməyib.

Qeyd olunur ki, Tesla yük maşınları ilk olaraq “Pepsi”yə təhvil veriləcək.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki