Şahzadə Harriyə on il orduda xidmət etməsinə baxmayaraq, Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində hərbi forma geyməsinə icazə verilməyib.
Bu barədə The Telegraph yazır.
Qəzetin yazdığına görə, şahzadə Harriyə hərbi forma verilməməsinə səbəb onun hazırda kral ailəsinin üzvü olmaması olub.
“On il orduda xidmət etmiş Şahzadə Harriyə… indiki kral ailəsinin üzvü olmadığı üçün hərbi forma geyinməyə icazə verilməyib”, – postda deyilir.
Şahzadə Uilyam və III Çarlzın tacqoyma mərasimində hərbi forma geyinəcəyi bildirilir.
Doğru.az

























