image-ads_n1karobka_mobile
image-f544a2b025e1e99439d23823a45a8923backend

Tokara adaları yaxınlığında 5,4 bal gücündə zəlzələ olub

image-add-a-heading

Doğru.az xəbər verir ki, Yaponiyanın cənubundakı Tokara adaları yaxınlığında 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Ölkənin meteorologiya idarəsinin məlumatına görə, yeraltı təkanların episentri suyun 19 kilometr dərinliyində yerləşib. Zəlzələ nəticəsində sunami təhlükəsi elan edilməyib.

Qeyd edək ki, bir qədər əvvəl Sakit okeanda, Cənubi Kuril adaları sahillərində də 5,5 bal gücündə zəlzələ baş vermişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki