Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatıda istedadlı uşaqlara dəstək məqsədilə Rusiyanın “Sirius” məktəbinin filialının açılacağını açıqlayıb.
Doğru.az xəbər verir ki, Tokayev bu barədə RG.RU üçün yazdığı məqalədə bildirib. Onun sözlərinə görə, Rusiya və Qazaxıstan arasında təhsil sahəsində tərəfdaşlıq yeni mərhələyə yüksəlib:
> “MDBMİ-nin Astanada, Əl-Farabi adına Qazax Milli Universitetinin isə Omskda filialı açılıb. Bunlar həqiqi etimad və strateji yaxınlaşmanın möhkəm körpüləridir. Bundan başqa, Almatıda rus məktəbinin ‘Sirius’ filialının tikintisi ilə bağlı mühüm qərar qəbul edilib.”
Tokayev qeyd edib ki, hazırda Qazaxıstanda Rusiya universitetlərinin 9 filialı fəaliyyət göstərir.
Məqalədə o da bildirilir ki, Kasım-Jomart Tokayev noyabrın 11–12-də Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfər edəcək. Görüş zamanı tərəflər hərtərəfli strateji müttəfiqlik haqqında Bəyannamə imzalayacaqlar.
DOĞRU.AZ




























